Əsas Səhifə > Şou-biznes > İlqar Mikayıloğlu ATV-dən ayrıldı
İlqar Mikayıloğlu ATV-dən ayrıldı1-10-2019, 17:54 |
Bu gün oğlunu hərbi xidmətə yola salan tanınmış teleaparıcı İlqar Mikayıloğlu Azad Azərbaycan Telekanalından (ATV) ayrılıb. Şəffaflıq.az correct.az -a istinadən xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib. O, bildirib ki, öz ərizəsi ilə işdən ayrılıb: "Öz ərizəmlə işdən ayrılmışam. Sadəcə olaraq bunu deyə bilərəm ki, öz istəyimlə ayrılmışam". Teleaparıcı digər telekanallardan iş təklifinin olub-olmaması ilə bağlı sualı isə cavablandırmaqdan imtina edib. Xatırladaq ki, İlqar Mikayıloğlu ANS telekanalından ayrılandan sonra 2014-cü il oktyabr ATV telekanalında "Gün üzü" verilişinin aparıcısı, daha sonra isə "Xeyirə qarşı" verilişinin aparıcısı olub. Qeyd edək ki, İlqar Mikayıloğlu keçmiş deputat Gülər Əhmədovanın qardaşıdır. Geri qayıt |