Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq


 Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaq.Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu dekabrın 1-2-də müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləridir.
Aparılan təkmilləşdirmə işlərində əsas məqsəd sənədlərə baxılması prosesinin sürətləndirilməsi, vətəndaşlarla əks əlaqənin gücləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}