Rusiya oliqarxları yaxtalarını gizlətməyə yer tapa bilmirlər


 

Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Qərb dövlətləri tərəfindən sanksiyaya məruz qalan Rusiya oliqarxları dəbdəbəli yaxtalarını həbsdən gizləmək üçün liman tapa bilmirlər.


Şəffaflıq.az xəbər verir ki, bu barəfə "Bloomberg" yazıb. Nəşrin yaydığı məqalədə misal kimi ABŞ-a görə rusiyalı milyarder Süleyman Kərimova məxsus olan 325 milyon dollar dəyərində "Amadea" meqayaxtasının işi göstərilir.

Dünya Rusiya oliqarxlarının bahalı əmlakını həbs etməyə başlayanda kapitanı təhlükəsiz sığınacaq tapdığnı düşündüyü üçün "Amadea" Ficiyə üzüb. Qeyd edək ki, Fici Rusiyaya və Vladimir Putinin varlı tərəfdarlarına qarşı qlobal sanksiyaların tətbiqinə qoşulmayan və bir neçə həftə əvvəl Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, BMT qətnaməsinə səsvermədə bitərəf qalan Sakit okeanın cənubunda yerləşən ada dövlətidir. Ancaq buna baxmayaraq, "Amadea"nın gəlişindən bir həftə sonra Fici səlahiyyətliləri onu ABŞ hökumətinin tələbi ilə saxlayıblar.

Gəmi ələ keçirilərək Honoluluya göndərilib. Məqalədə qeyd edilib ki, Rusiya maqnatları müharibənin 4-cü ayında "üzən saray"larını saxlamaq üçün yer tapa bilmir. Xatırladaq ki, ABŞ və Avropa sahiblərinin Putinlə əlaqələrinə görə superyaxtalar, villalar və digər aktivləri təqib edir. Belə ki, dəyəri 2,25 milyard dollardan çox olan 12-dən çox yaxta artıq ABŞ, Avropa İttifaqı ölkələri və Fici kimi könüllü müttəfiqlər tərəfindən ələ keçirilib.

ABŞ Rusiya oliqarxlarının aktivlərini təqib edə bilməsi üçün “KleptoCapture” adlı işçi qrupu yaradıb. Avropada Almaniya, İtaliya, İspaniya və digər ölkələrin hökumətləri ultra-lüks gəmiləri müsadirə edib. Onlardan ən bahalısı isə rusiyalı milyarder Əlişir Usmanovun “Dilbər” gəmisidir.

Gəmi 750 milyon dollar dəyərində qiymətləndirilir.

"Amadea"nın həbsindən sonra ABŞ baş prokurorunun müavini Lisa O. Monako Ədliyyə Nazirliyinin “çirkli pullarla alınan hər yaxtanı izlədiyini” bildirib. “Bu müsadirə hər bir korrupsioner Rusiya oliqarxını başa salmalıdır ki, o, hətta dünyanın ən ucqar yerində belə gizlənə bilməz”,- deyə o əlavə edib.

Sahibləri yaxtalarının müsadirə olunacağından qorxduğu üçün onları hələ də dost hesab edilən ölkələrə, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Maldiv adalarına göndərirlər. Həmçinin bildirilir ki, ölkələrin "Amadea" nümunəsində olduğu kimi öz sularında Rusiya meqayaxtasına necə reaksiya verəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Rod Universitetinin dənizçilik və siyasi elmlər kafedrasının dosenti Elizabet Mendenhal qeyd edib ki, Ukraynada müharibə uzandıqca sanksiya tətbiq etməyən digər neytral ölkələr Rusiya oliqarxlarının əmlakını ələ keçirmək üçün cəlb edilə bilər. "Dəniz qanunu həbslərdə əsas amil deyil.

Burada daha çox ABŞ və ya Böyük Britaniya və yardım istədikləri ölkə arasında olan münasibətlərdən çox şey asılıdır”,- deyə o əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}