Yeni tədris ilində lisey və gimnaziyalara şagird qəbulu elektron formada ola bilər
2026-2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu elektron formada ola bilər. Şəffaflıq.az xəbər veri ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib. Onun sözlərinə görə, elektron qəbul üçün infrastruktur qurulmalıdır: "Bu istiqamətdə görülən hazırlıqları yekunlaşdıra bilsək, növbəti ildən qəbul elektron formada olacaq. Həmçinin imtahan sualları təkmilləşdiriləcək". Qeyd edək ki, növbəti tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








