"G7" ölkələri Rusiyaya iqtisadi sanksiyalar tətbiq edəcək


 

“Yeddilik” (G7) ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi halında Moskvaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır ki, bu da Rusiya iqtisadiyyatı üçün “genişmiqyaslı və sürətli nəticələrə” gətirib çıxaracaq.


Şəffaflıq.az xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirlərinin assosiasiyasına daxil olan Böyük Britaniya hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir.

“Biz Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və dərhal nəticələrə səbəb olacaq iqtisadi və maliyyə sanksiyalarını kollektiv şəkildə tətbiq etməyə hazırıq”, - mətndə deyilir. Almaniya, İtaliya, Kanada, ABŞ, Fransanın və Yaponiyanın da daxil olduğu yeddi iqtisadi cəhətdən inkişaf etmiş dövlətin qeyri-rəsmi birliyinin maliyyə idarələrinin rəhbərləri: "Rusiyanın Ukraynaya qarşı növbəti hərbi təcavüzü tez və əlaqələndirilmiş güclü cavabla qarşılanacaq", -deyə bildirib.

Nazirlərin bəyanatında vurğulanır: “Rusiya ilə sərhəddə vəziyyətin deeskalasiyasının təcili olaraq diplomatik yolun müəyyənləşdirilməsi üzrə davam edən səyləri müsbət dəyərləndirən "G7" ölkələri Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün tez və qətiyyətli hərəkət etmək niyyətindədir.

Bundan əvvəl o da məlum olub ki, “Yeddilik” ölkələrinin liderləri fevralın 24-də Ukrayna ətrafındakı vəziyyəti virtual formatda müzakirə etmək niyyətindədirlər. "Bloomberg"in mənbələrə istinadən verdiyi məlumata görə, görüş Rusiya ilə Ukrayna sərhədindəki vəziyyətə və Rusiya Federasiyasına aid edilən “qüvvələrin toplanmasına” həsr olunacaq. İclasda “Rusiya Ukraynanı işğal etmək qərarına gələrsə, sanksiyaların mümkün tətbiqi” məsələsi qaldırılacaq”, - agentliyin materialında deyilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}