ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir - Şirkətlər hədəfdə
ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, sanksiyalar Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə aviasiya yanacağının göndərilməsini təmin etmək üçün yaradılan sxemdə iştiraka görə tətbiq edilib.
Xüsusilə “qara siyahı”ya Rusiyanın “Maritaym Assistans” MMC (“Maritime Assistance” LLC) şirkəti salınıb. Onun sanksiyalara məruz qalan “Sovfraxt” (“Совфрахт”) şirkəti ilə əlaqəli olduğu bildirilir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş