Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi - Krıma görə

 

Kanada hakimiyyəti Rusiyanın Krımı anneksiya etməsi səbəbindən yeni anti-Rusiya sanksiyaları tətbiq edib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Xarici İşlər Naziri Mark Qarno Krım Muxtar Respublikasının Rusiya tərəfindən işğalı və anneksiyasına cavab olaraq, iki fiziki və dörd hüquqi şəxsə qarşı Xüsusi iqtisadi tədbirlər haqqında əsasnaməyə (Rusiya) və Xüsusi iqtisadi tədbirlər haqqında əsasnaməyə (Ukrayna) uyğun olaraq, bu gün yeni sanksiyalar elan edib”, - nazirlikdə bildiriblər.

Sanksiya siyahısına “Qrand Servis Ekspress” nəqliyyat şirkətinin baş direktoru Aleksandr Qanov, “Mostotrest”in baş direktoru Leonid Rıjenkin, həmçinin “Lenpromtransproyekt”, “Berkakit‐Tommot‐Yakutsk dəmir yolunun tikintisi üzrə direksiya” SC, “Krım dəmir yolu” Federal Dövlət Unitar Müəssisəsi və Krımın ilk sığorta şirkəti daxil edilib.

Qarno qeyd edib ki, Ottava hesab edir ki, Moskva Krımda yaşayan insanların hüquqlarını pozur və yarımadada qanunsuz olaraq, Rusiya vətəndaşlarını məskunlaşdırır. XİN başçısı əlavə edib ki, Krımdakı vəziyyətə görə Kanada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}