Putin bu ölkələrin siyahısını hazırlamağı tapşırıb
Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısı hazırlanır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
"Rusiya hökuməti iki gün müddətində Rusiyaya və Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin", - fərmanda qeyd olunub.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr rəsmən bunu bəyan etdiyindən, Putinin bu qərarının məqsədinin başqa olduğunu bildirirlər. Rusiya Prezidenti bununla digər ölkələri sanksiyaya qoşulmaqdan çəkindirmək istəyir.
Xəbəri paylaş
Facebook-da paylaş