Albaniyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə millisi yeni rekorda imza atıb.

2022-ci il dünya çempionatının seçmə oyununda Albaniyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə millisi yeni rekorda imza atıb.
Şəffaflıq.az xəbər verir ki, Qaret Sautgeytin baş məşqçi olduğu komanda 2021-ci ildə 41-ci qolunu vurub.
Beləliklə, yığma 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar 39 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, İngiltərə millisi 23 xalla I qrupunda liderdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}