DÇ-2022: Sloveniya Maltanı, Rusiya Kipri məğlub etdilər

 Futbol üzrə 2022-ci ilin dünya çempionatının seçmə mərhələsinin beşinci turunda Sloveniya komandası Malta futbolçularını 1:0 hesabı ilə məğlub etdi.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, görüş Lyublyanadakı "Stozice" stadionunda baş tutub.
Yeganə qolu oyunda Sandi Lovriç (45 -ci dəqiqə, penalti) vurub.
H qrupunun digər oyununda səfərdə olan Rusiya komandası Kipr yığmasını 2:0 hesabı ilə məğlub edib. Turnir cədvəlində Slovenlər yeddi xalla üçüncü, Malta dörd xalla beşinci yerdədir. 5 matçdan sonra 10 xal toplayan ruslar cədvəlin başında, xorvatlar ikinci yerdə (4 matçdan sonra 7 xal), slovaklar dördüncü (6, 4), kiprlilər isə altıncı yerdə qərarlaşıblar (4, 5).
A qrupunda İrlandiya millisi öz meydançasında Azərbaycan komandası ilə heç-heçə oynadı (1:1), Lüksemburq millisi serblərə uduzdu (1:4), D qrupunda Qazaxıstan komandası finlərə məğlub oldu (0:1), G qrupunda latışlar öz meydançasənda norveçlilərə məğlub oldular (0: 2).

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}