Azərbaycanın voleybol millisi ikinci oyunda da məğlub olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma ilk setdə 14:25, ikinci setdə 23:25, sonuncu setdə isə 17:25 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçika seçməsinə 0:3 hesabı ilə məğlub olub.
Xəbəri paylaş
Facebook-da paylaş