Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.
Şəffaflıq.az-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşıb.
Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığma ilk setdə 13:25, ikinci setdə 24:26, sonuncu setdə isə 13:25 hesabı ilə uduzub.
Avropa çempionatı
A qrupu
19:00. Azərbaycan - Belçika - 0:3 (13:25, 24:26, 13:25)
Belqrad. "Stark Arena"
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 21-də Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.
Xəbəri paylaş
Facebook-da paylaş