Azərbaycanın voleybol millisi Serbiya ilə üz-üzə gələcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.
Şəffaflıq.az-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı dördüncü sınağında Serbiya yığması ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Avropa çempionatı
A qrupu
22:00. Azərbaycan - Serbiya
Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk üç oyununda Belçika, Bosniya və Herseqovina və Rusiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb.
Xəbəri paylaş
Facebook-da paylaş