Azərbaycanın U-21 yığması seçmə mərhələdə ikinci oyununu keçirəcək

 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Şəffaflıq.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gələcək. "Kayne Zorgen Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Belarusdan olan FIFA referisi Amin Kurqheli idarə edəcək.
Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığma 5-ci pillədə qərarlaşıb.
Avropa çempionatının seçmə mərhələsi
A qrupu
20:00. Avstriya - Azərbaycan
Hakimlər: Amin Kurqheli, Yuri Xomçenko, Viktor Xetskov, Denis Şerbakov (Belarus)
Rid, "Kayne Zorgen Arena"
Xal durumu: Norveç - 3, Finlandiya - 3, Xorvatiya - 3, Avstriya - 3 (2 oyuna), Azərbaycan - 0, Estoniya - 0 (2)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}