Əsas Səhifə > İdman > Albaniyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə millisi yeni rekorda imza atıb.

Albaniyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə millisi yeni rekorda imza atıb.


13-11-2021, 09:23
2022-ci il dünya çempionatının seçmə oyununda Albaniyanı 5:0 hesabı ilə məğlub edən İngiltərə millisi yeni rekorda imza atıb.
Şəffaflıq.az xəbər verir ki, Qaret Sautgeytin baş məşqçi olduğu komanda 2021-ci ildə 41-ci qolunu vurub.
Beləliklə, yığma 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar 39 dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, İngiltərə millisi 23 xalla I qrupunda liderdir.

Geri qayıt