Binəqədidə kütləvi dava olub, xəsarət alan var

Bakıda kütləvi dava baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Səkkizinci mikrorayon ərazisində yerləşən restoranların birində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Şıxməmmədov Əvəz Hafiz oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}