Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb
Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.
Bu barədə Şəffaflıq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğın zamanı 30 ha sahədə quru ot və kol-kos yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb.
Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.
Xəbəri paylaş
Facebook-da paylaş