Qax rayonunda silahlı insident baş verib.
Şəffaflıq.az-ın xəbərinə görə, bu, Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur. Şəffaflıq.az-n xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb. Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb və onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis arasında mübahisə yaranıb. Daha sonra həmin şəxslər silahdan atəş açıblar. Nəticədə polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər isə ərazidən uzaqlaşıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Şəffaflıq.az-a bildirilib ki, hazırda polisə atəş açan şəxslərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Facebook-da paylaş