Şabranda hasar uşaqların üzərinə aşdı, ölən və yaralananlar var.


Şabran rayonunda yaşayış olmayan evin hasarı məhəllədə oyun oynayan uşaqların üzərinə aşıb.

Şəffaflıq.az Şimal bürosuna istinadən məlumat verir ki, hadisə Şabran şəhəri, M.Əsədov küçəsində qeydə alınıb.


Nəticədə 2011-ci il təvəllüdlü Fəqan Ruslan oğlu Məmmədov hadisə yerində ölüb, 2011-ci il təvəllüdlü Pənah Zaur oğlu Məmmədov və 2007-ci il təvəllüdlü İlkin Mahir oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Xəsarət alan uşaqlara Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}