Antarktida buzlağından nəhəng aysberq ayrılıb
Antarktidada nəhəng aysberqlərdən biri buz şelfindən qopub.
Şəffaflıq.az İngiltərənin Antarktida Araşdırması Xidmətinə istinadən məlumat verir ki, nəhəng buz dağının tutduğu sahə təxminən 1 270 kvadrat kilometr təşkil edir.
Xidmətin alimlər bildiriblər ki, artıq 10 ildir buzlaqda 150 metr qalınlığında olan böyük çatlar əmələ gəlməyə başlamışdı.
Nəticədə buz dağının buzlağın əsas hissəsindən qopması qaçılmaz olub.
Həmçinin qeyd olunur ki, qopan buz parçasının ölçüsü Sankt-Peterburqun ərazisi ilə müqayisə edilə bilər.
Xəbəri paylaş
Facebook-da paylaş