Azərbaycanlı boksçu rəqibini nokauta saldı

 

Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.

Şəffaflıq.az məlumatına görə, təcrübəli idmançı karyerasındakı üçüncü döyüşündə Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib.

ABŞ-ın Florida ştatında baş tutan qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Boksçu üçüncü raundda rəqibini nokauta salıb.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov daha əvvəl ABŞ təmsilçisi Ed Fonteyni və britaniyalı Tom Littlı məğlub etmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}