Britaniyada koronavirusa sutkalıq yoluxmada ən yüksək göstərici qeydə alınıb


 

Böyük Britaniyada son sutka ərzində 33 470 nəfər koronavirusa yoluxub.

Şəffaflıq.az xarici mediaya istinadən məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bu rəqəm Britaniyada indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 290 195 nəfərə çatıb.

Son sutkada 563 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da koronavirusa görə ölənlərin sayı 50 928 nəfərə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}