ŞANLI ORDUMUZDAN BAYRAM MÜJDƏSİ: 71 KƏND, BİR QƏSƏBƏ VƏ 8 STRATEJİ YÜKSƏKLİK AZAD EDİLDİ!


 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev daha bir neçə məntəqənin işğaldan azad olunması ilə bağlı paylaşım edib. 

"Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq,Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! - deyə Azərbaycan Prezidenti yazıb.

Qeyd edək ki, günün birinci yarısında da Prezident İlham Əliyev daha 23 kəndin azad edildiyi açıqlanmışdı. 

Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik,Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!  - deyə  Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yazmışdı.


Beləliklə: bu gün 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik azad olunub!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}