Parisdə nümayişçilərə qarşı bibər qazından istifadə edilib

 

Parisdə “sarı jiletlilər”in növbəti etiraz nümayişi keçirilib.


Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxtın 17-ci bölgəsində, Vaqram meydanı səmtində səhər saatlarından toplaşmağa başlayan nümayişçilər əvvəlcə dinc aksiya keçirirdilər. Lakin bir qədər sonra onlara qoşulan bir dəstə polisə daş atmağa, zibil qutularını yandırmağa başladı.

Buna cavab olaraq polis də bibər qazından istifadə edərək onları dağıtmaq üçün tədbirlər görüb.

Daha əvvəl Parisdə 130 nəfərədək nümayişçinin saxlanıldığı açıqlanmışdı.

“Sarı jiletlilər”in Parisdə və başqa şəhərlərdə daha bir sıra etiraz nümayişi keçirməyə hazırlaşdıqları bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}