Braziliyada koronavirusdan ölənlərin sayı 70 mini ötüb

 

Braziliyada son sutka ərzində daha 41 724 nəfərdə koronavirus aşkarlanıb, 1144 nəfər bu virusun qurbanı olub. 


Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1,800,570-ə, bu virusdan ölənlərin sayı isə 70,398-ə yüksəlib.

Bundan əlavə, indiyədək 1,185,596 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}