Rusiyada son sutkada koronavirusa 7 728 yoluxma aşkarlanıb

 

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 584 680 nəfərə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə mübarizə üzrə Operativ Qərargahda jurnalistlərə bildirilib.

Qeyd edilir ki, son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı 7 728 hal aşkar edilib.

"Rusiyanın 84 regionunda son gün ərzində COVID-19 infeksiyasına yeni yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 7 728-dir, həmçinin kliniki təzahürsüz 2 335 (30,2%) aktiv xəstə aşkar edilib", - xəbərdə deyilir.

Əlavə edilir ki, ölkənin 85 regionunda bütün vaxt ərzində koronavirusa 584 680 yoluxma halı qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}