Paşinyan rəqibini həbs etdirə bilmədi

 

İrəvan Məhkəməsi “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla bağlı həbs qətimkan tədbiri seçməkdən imtina edib.

Bununla bağlı Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir.

Partiya rəhbərinin vəkili Yerem Sarkisyan deyib ki, onlar məhkəmənin siyasi proseslərdən üstün olmasına görə məmnundurlar. Bu mənada vəkil məhkəmə iclasına rəhbərlik edən hakim Robert Papoyanın qərarını təqdir edib.

Qeyd olunur ki, Tsarukyan hələlik azadlıqda olsa da, onunla bağlı proses qapadılmayıb.

Beləliklə, Baş nazir Nikol Paşinyanın öz rəqibini həbs etdirmək niyyəti ilkin addımda baş tutmayıb.

Xüsusilə də, Tsarukyana Rusiyadakı müəyyən dairələrdən də dəstəyin gəlməsi Baş naziri çıxılmaz vəziyyətə salıb. Paşinyan narahatdır ki, Tsarukyanla bağlı proses də Robert Köçəryanın işi kimi mənasız sonluqla başa çatar.

Xatırladaq ki, eks-prezident bu günlərdə azadlığa buraxıldı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}