Baş Prokurorluğun 2 idarəsində yeni təyinatlar

 


Baş Prokurorluqda yeni təyinatlar olub.

Şəffaflıq.az "Ölkə.Az"a istinadən bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Baş prokurorun imzaladığı əmrlərlə Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin edilib. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}