ABŞ-ın dövlət borcu 26 trilyon dollara çatıb

 


ABŞ-ın dövlət borcu 26 trilyon dollara çataraq yeni rekord müəyyən edib.

Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına əsasən, Donald Trampın prezidentliyi dövründə ölkənin dövlət borcu 6 trilyon dollar artaraq 26 trilyon dollara çatıb. Nazirlik bunu koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində hakimiyyətin atdığı addımlarla əlaqələndirir. 

Birləşmiş Ştatların sabiq Maliyyə naziri Henri Polsonun fikrincə, dövlət borcunun nəzarətsiz artımı və büdcə defisiti dünyanın əsas valyuta ehtiyatı qismində çıxış edən dolların üstünlüyü itirilməsinə səbəb olacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}