Tanınmış rəssam Nihad Əliyevin yaradıcılığı çox düşündürücüdür

Bir jurnalist kimi rəssamlıq sənəti mənim üçün çox maraqlı və düşündürücü sahədir.
Yüzillərdən bəri yol gələn, ilahi bir sənət olan rəssamlığın qarşısında duran vəzifələr bu gün daha çoxdur. Hazırda Azərbaycanda imzası tanınan rəssamlardan biri olan Nihad Əliyevin yaradıcılığında insan dərdi, qayğısı, gözəlliyin ifadəsi açıq-aydın hiss olunur. Rəssam Nihad Əliyevin mənim üçün maraqlı olan bir neçə rəsm əsərləri vardır ki, bunlardan “Titanik” gəmisinin qəzası mövzusuna aid çəkdiyi rəsmini daha çox bəyənirəm.
Bildiyimiz kimi, titanik gəmisinin qəzası, XX əsrin ən unudulmaz tarixi hadisələrindən biridir və həmin hadisə məhz bu əsərdə çox gözəl eləcə də, mənalı formada canlandırılıb. N.Əliyevin çəkdiyi rəsmlərə baxan zaman mənim ruhum qidalanır, dincəlir. Düşünürəm ki, rəssam olmaq üçün bacarıqdan əlavə insanda mütləq möhkəm iradə və səbir olsun. Qeyd etmək istəyirəm ki, tanınmış rəssam Nihad da öz sənətini sevən, sənətinə xüsusi diqqət verən və dözümlü rəssamlardandır. Çünki, rəssamın qələmə aldığı elə əsərlər olub ki, onun saatlarla, günlərlə, həftələrlə vaxtını aparıb. Buna baxmayaraq dözüm nümayiş etdirərək rəsmlərini çəkib, uğur əldə edib. Rəssamın yaradıcılığında mənim diqqətimi çəkən daha bir səbəb var ki, onun çəkdiyi şəkillərin daha çox canlı və rənga-rəng olmasıdır. Ona görə bu nüans mənim diqqətimi özünə çəkir ki, mən daha çox çəkilən şəkillərin daha çox canlı və rəngli formada olmasını bəyənirəm. Bu mənim ruhuma mənəvi qida və rahatlıq verir.Rəssamlıq da incəsənətin bir qoludur. Adındanda məlum olduğu kimi bu sənət incəlik və zəriflik tələb edir.
Davud Tarverdiyev. 
Göyçay
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}