Madaqaskar koronavirusa dərman tapdı — Ölkələr almaq üçün sıraya düzüldü

 


Madaqaskarın istehsal etdiyi bitki tərkibli koronavirus dərmanına daha bir Afrika ölkəsi müştəri çıxıb.

Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, Konqo Demokratik Respublikası da rəsmi səviyyədə bu dərman üçün Madaqaskara müraciət edib.

Bu barədə ölkənin Rabitə naziri Tyerri Mounqala “Twitter” vasitəsilə açıqlama verib. O bildirib ki, Madaqaskar və Konqo DR prezidentləri arasında sözügedən dərmanla bağlı videogörüş olub.

Görüş zamanı Konqonun “COVİD Organics” adlı dərmanı almaq istəyi və bunun üçün Madaqaskara xüsusi karqo təyyarəsi göndərəcəyi müzakirə olunub.

Qeyd edək ki, Madaqaskar Araşdırma İnstitutunun alimləri tərəfindən malyariya müalicəsində istifadə olunan artemisia bitkisi və bu ölkədəki digər şəfalı otların qarışığından hazırlanmış “COVİD Organics”ə bu, ilk tələb deyil.

Daha öncə Seneqal, Qvineya Bissau və Ekvatorial Qvineya da dərman üçün Madaqaskara müraciət etmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}