Hər gün yüzlərlə insan ölür - Kütləvi məzarların qazılmasına başlanıb

 

Braziliyada yeni növ koronavirusdan ölənlərin sayı sürətlə artdığına görə, hakim dairələr cəsədlərin kütləvi şəkildə dəfn edilməsinə qərar verib.

Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, Amazonas ştatında kütləvi məzarlar qazılır. Qərarə əsasən tabutların üzərində ölən şəxslərin adları yazılacaq və məzarlar arasında məsafə saxlanılacaq.

Qeyd edək ki, rəsmi rəqəmlərə görə, Braziliyada 46 mindən çox insan virusa yoluxub. 2924 nəfər həyatını itirib. Lakin bəzi mənbələr tələfat sayının dəfələrlə çox olduğunu yazır

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}