Karantində doğulan əkizlərə "Kovid" və "Korona" adı qoydular

Çində yaranıb bütün dünyaya yayılan yeni növ koronavirusla bağlı dəhşətli xəbərlərlə yanaşı, maraq doğuran xəbərlər də meydana gəlir.
Şəffaflıq.az xəbər verir ki, belə hallardan biri Hindistanda yaşanıb. Belə ki, ölkənin Çattisqarh əyalətində karantində dünyaya gələn əkizlərə "Kovid" və "Korona" adları qoyulub. Karantində olduqları üçün uşaqlarına belə ad qoyduqlarını deyən valideynlər deyiblər ki, ola bilər sonradan uşaqların adını dəyişdirdilər.
Qeyd edək ki, Hindistanda bu günə qədər 2500-dən çox insan virusa yoluxub. Ölənlərin sayı isə 70-i keçib.
Mənbə: HaberGlobal

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}