Yeni doğulan körpəyə "KORONA" adı verildi

 Hindistanın Uttar-Pradeş ştatında yeni doğulan körpəyə Korona adı verilib.
Şəffaflıq.az  Xarici mediayaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qızın dayısı Niteş Tripati məlumat verib:
"Baxmayaraq ki, virus çox təhlükəlidir, təşvişə düşməyə ehtiyac yoxdur. Həkimlərin tövsiyələrinə əməl etməyə çalışmaq lazımdır. Bu körpə virusla mübarizədə insanların birliyinin simvolu olacaq".
Korona martın 22-də, ölkədə komendant saatı tətbiq olunmazdan bir neçə saat əvvəl doğulub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}