33 yaşındakı bir qadın, evliliyinin 14-cü ilində 11-ci uşağını dünyaya gətirib.

 Rusiyanın paytaxtı Moskvada 33 yaşındakı bir qadın, evliliyinin 14-cü ilində 11-ci uşağını dünyaya gətirib.
Şəffaflıq.az xəbər verir ki ,Rusiyanın paytaxtı Moskvanın Malaya Dubna bölgəsində bir xəstəxanada doğuş edən qadın 11-ci uşağını dünyaya gətirib.
Yeni doğulan körpə qız uşağıdır.Ana və doğulan körpə özünü yaxşı hiss edir.
Ailədə bundan əvvəl 5 oğlan və 5 qız uşağı doğulub. 14 il əvvəl evlənən cütlüyün evləndiklərindən bəri hər il uşaqları olur.Uşaqların böyüyünün isə 13 yaşında olduğu bildirilir.
Xəstəxananın mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin illərdir Rusiya əhalisinin artması siyasətinə uyğun olaraq ailəyə sosial yardım göstərməyə davam edir. Hazırda Moskva Bələdiyyəsi tərəfindən ailəyə hər ay 20 min rubl maaş verilir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}