Çin koronavirusu üstələyir! - Sutka ərzində ölən və yoluxanların sayı barmaqla sayılacaq qədər aşağı düşüb

 

Şəffaflıq.az xəbər verir ki, Çində son sutka ərzində epidemiya başlanandan bəri ilk dəfə olaraq, koronavirusa yeni yoluxma və xəstəlikdən insan itkisi sayı artıq birrəqəmli saylarla ifadə ediləcək qədər aşağı düşüb.

Son 24 saat ərzində 8 nəfərin Kovid-19 virusuna mübtəla olduğu aşkar edilib.

Son sutka ərzind 7 nəfər virus üzündən dünyasını dəyişib. Onlardan 6 nəfəri epidemiyanın mərkəzi olan Hubey əyalətində, bir nəfəri isə Şandonq əyalətində vəfat edib.

Ümumilikdə, indiyə qədər Çində koronavirus xəstəliyindən 3179 nəfər ölüb, xəstəliyə tutulanların sayı isə 80 813 nəfərdir ki, onlardan da 4 020 nəfərinin vəziyyəti ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}