"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
İran və ABŞ nümayəndə heyətlərinin dolayı danışıqlarının növbəti raundu iyulun 18-də başlayacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalına mənbəyə istinadən məlumat verilib. Bildirilib ki, İran-ABŞ danışıqlarının növbəti mərhələsi dolayı formatda keçiriləcək. Bununla yanaşı, Tehran və Vaşinqton nümayəndələrinin görüşünün keçiriləcəyi yer hələlik açıqlanmır. Qeyd edək ki, iyulun 2-də Qətər və Pakistandan olan vasitəçilər Dohada İran və ABŞ nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirib, nəticədə müsbət irəliləyiş əldə edilib.
Xəbəri paylaş
Facebook-da paylaş








