Son altı ayda Azərbaycanda qanunsuz ov edən 62 nəfər saxlanılıb
Bu ilin 6 ayında Azərbaycanda qanunsuz ov faktları ilə bağlı ümumilikdə 54 900 manat məbləğində cərimə tətbiq olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, hesabat dövründə ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirliyin aidiyyəti qurumlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində qanunsuz ov edən 62 nəfər saxlanılıb: "Barələrində qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda 4 nəfərin ov etmək hüququ müvafiq qaydada məhdudlaşdırılıb". Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








