QDTİB prezidenti Azərbaycana investisiyaların artırılmasına dair planları elan edib


Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycana investisiyaları artırmağı, daha çox birgə layihə həyata keçirməyi və genişlənməyə, innovasiyaların tətbiqinə və beynəlxalq bazarlara çıxışa yönələn biznesə dəstəyi gücləndirməyi planlaşdırır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə QDTİB prezidenti Serhat Köksal Bakıda Bankın Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

"Azərbaycan ilə əməkdaşlıq artıq 20 ildən çoxdur ki, davam edir. Bu, qarşılıqlı etimada, birgə məqsədlərə və özəl sektorun inkişafının transformasiyaedici potensialına olan ortaq inama əsaslanır. Bütün bu dövr ərzində QDTİB müxtəlif sahələrdə - maliyyə institutları və sənaye istehsalından tutmuş ticarət və enerji sektoruna qədər olan layihələrə dəstək göstərib, yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətinin artmasına və dayanıqlı iqtisadi inkişafa kömək edib. Biz qürurla qeyd edirik ki, Azərbaycandakı fəaliyyətimiz həmişə dövlətin prioritetlərinə uyğun olub - biz kiçik və orta sahibkarlığı dəstəkləmişik, ticarət əlaqələrinin inkişafına kömək etmişik, maliyyə vasitəçiliyini gücləndirmişik və qarşılıqlı əlaqələrin və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş investisiyaları stimullaşdırmışıq", - o vurğulayıb.

S.Köksal qeyd edib ki, onların ambisiyaları bununla məhdudlaşmır: "Azərbaycan öz inkişafının innovasiyalara, iqtisadiyyatın şaxələndirilməsinə, "yaşıl transformasiya"ya və regional inteqrasiyanın dərinləşməsinə xüsusi önəm verilməsi ilə xarakterizə olunan yeni mərhələsinə qədəm qoyur. QDTİB öz iştirakını genişləndirməyə hazırdır. Biz investisiyaları çoxaltmağa, daha çox birgə təşəbbüslər həyata keçirməyə, innovativ inkişafa və qlobal bazarlara çıxışa yönəlmiş müəssisələrə daha genişmiqyaslı dəstək göstərməyə çalışırıq. Regional çoxtərəfli inkişaf bankı olaraq, əminik ki, missiyamız yalnız maliyyələşdirmənin təmin edilməsindən ibarət deyil. Biz təkcə kapital yox, həm də uzunmüddətli öhdəliklər, regional miqyaslı ekspert təcrübəsi və çoxtərəfli əməkdaşlıq üçün platforma təmin edən bir tərəfdaş kimi çıxış edirik".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}