Moskva ətrafında ad günü məclisində 2 nəfər ölüb


Moskva ətrafındakı Solneçnoqorskda ad gününün qeyd edilməsi zamanı kütləvi zəhərlənmə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə iyunun 27-nə keçən gecə Bakeyevo kottec şəhərciyindəki fərdi evdə baş verib.

İlkin məlumatlara görə, səkkiz nəfərdə zəhərlənmə əlamətləri aşkarlanıb. 25 və 26 yaşlı iki kişi təcili yardım briqadası gələnə qədər vəfat edib.

Ziyafətin digər iştirakçıları "naməlum maddənin oral qəbulu nəticəsində kəskin zəhərlənmə" diaqnozu ilə təcili olaraq tibb müəssisələrinə çatdırılıblar. Mövcud məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.

Zəhərlənmənin səbəbləri və baş vermiş hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}