Konqoda Ebolaya yoluxan və xəstəlikdən ölənlərin sayı çoxalıb


Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 48 nəfər artaraq 1203-ə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Konqo Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat verib.

Eboladan ölənlərin sayı dünənkindən 17 nəfər çox olmaqla 321 nəfərə çatıb. Ölüm nisbəti isə 26,6%-dir. Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətindədir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları var.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}