Azərbaycanda 5 ayda 62 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub
Bu ilin yanvar-may aylarında 62 121 şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata əsasən, onların 53,4 %-ni kişilər, 46,6 %-ni isə qadınlar təşkil edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








