ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Amerikanın "Boeing P-8A Poseidon" dəniz patrul təyyarəsi Fars körfəzinin neytral suları üzərində uçur. Şəffaflıq.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə məlumat verib. Onun sözlərinə görə, təyyarə Yaxın Şərqdəki hərbi bazadan havaya qalxıb və hazırda Fars körfəzi üzərində 8000 metrdən çox yüksəklikdə dövrə vurur. O, həmçinin qeyd edib ki, ərazidə Amerikanın "Boeing KC-46 Pegasus" strateji yanacaqdoldurma təyyarəsi müşahidə olunub. Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.
Facebook-da paylaş








