Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
Prezident İlham Əliyev Milli Məclisin iyunun 12-də qəbul etdiyi "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanunu təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, Konvensiya 2001-ci il oktyabrın 5-də Böyük Britaniyanın paytaxtı Londonda imzalanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








