DİM: Ötən il 58 saxta diplom aşkarlanıb

Xəbəri paylaş
Facebook-da paylaş
| Оцените работу движка |
Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayına əsasən, ötən il ümumilikdə 156 nəfərə məxsus diplomların həqiqiliyi yoxlanılıb. Elm və Təhsil Nazirliyinə göndərilən sorğular nəticəsində 58 nəfərə aid sənədlərdə uyğunsuzluq müəyyən edilib. Onlardan 22 bakalavr və 36 orta ixtisas diplomunun dövlət nümunəli olmadığı və ya hüquqi əsasının olmadığı bildirilib. Məlumata görə, həmin faktlarla bağlı materiallar araşdırma və hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göndərilib. Şəffaflıq.az 
Facebook-da paylaş







