Gömrük dəyərinin müəyyənləşdirilməsi prosesi rəqəmsallaşdırılır


Gömrük dəyərinin müəyyənləşdirilməsi prosesinin rəqəmsallaşdırılmasına xidmət edən "Rəqəmsal Gömrük Dəyəri Sistemi" layihə məlumatların vahid bazada emalına, subyektiv yanaşmaların minimuma endirilməsinə, həmçinin vaxt və maliyyə resurslarına qənaət olunmasına imkan yaradacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təşkil etdiyi mediatur çərçivəsində bildirilib.

Tədbir zamanı jurnalistlərə Azərbaycanın gömrük sistemində həyata keçirilən islahatlar, tətbiq olunan rəqəmsal həllər və xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi prosedurları, həmçinin qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim olunub.

Media nümayəndələri daha sonra bəyanetmə prosesini, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsini, gömrük ödənişlərinin həyata keçirilməsini və digər əməliyyatları əyani şəkildə izləyiblər.

Bildirilib ki, sahibkarlar və fiziki şəxslərə xidmət operativ qaydada göstərilir, gömrük ödənişləri isə nağdsız formada banklar və elektron platformalar üzərindən həyata keçirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}