İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə birgə foto çəkdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra "Qurani-Kərim"dən ayə oxunub. Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub. Dövlət başçısı tədbirdə çıxış edib. Sonra İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər. Daha sonra sənədlər imzalanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








