ABŞ, Fransa və Yunanıstan hərbçiləri Ermənistana səfər edəcək


Ermənistan iyunun 17-dən 25-dək öz ərazisində ABŞ ilə birgə illik "Eagle Partner" (Qartal Tərəfdaşı – Qeyd) hərbi təlimlərinə ev sahibliyi edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək.

Qeyd olunub ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının (250 iştirakçı), ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının (58 iştirakçı), Fransanın (24 iştirakçı) və Yunanıstanın (11 iştirakçı) da hərbçiləri iştirak edəcək.

Hərbi təlimlərdə sülhməramlı vəzifələr hazırlanacaq və həyata keçiriləcək. Təlimin məqsədi əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, komandanlıq, nəzarət və taktiki rabitə sahəsində ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin döyüş hazırlığının gücləndirilməsidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}