AQTA: Azərbaycanda təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir


Azərbaycanda aparılan müşahidələrin və laborator müayinələrin nəticələrinə əsasən, təkdırnaqlı heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə şübhə yaradan klinik əlamətlər qeydə alınmayıb, həmçinin həmin xəstəliklərin törədiciləri aşkar edilməyib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aprelin 20-30-da Epizootiya Əleyhinə Tədbirlər Planına uyğun olaraq respublika ərazisində, o cümlədən Naxçıvanda təkdırnaqlı heyvanların xüsusi təhlükəli xəstəlikləri üzrə epizootoloji monitorinqlər həyata keçirilib.

Monitorinqlərin əsas məqsədi xəstəliklərin erkən aşkarlanması, epizootoloji vəziyyətin qiymətləndirilməsi, atların Afrika xəstəliyi üzrə xəstəlikdən azad statusunun qorunub saxlanılması və beynəlxalq hesabatlılığın təmin edilməsindən ibarət olub. Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlardan diaqnostik nümunələr götürülüb. Təsərrüfatlara baxış keçirilib, heyvan sahiblərinə maarifləndirici çap materialları təqdim edilib. Monitorinqlər zamanı götürülən nümunələr və epizootoloji vəziyyətə dair məlumatlar "Epicollect5" proqramına daxil edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}