ABŞ-də təyyarə qəzaya uğrayıb, ölən var
ABŞ-nin Texas ştatının Laredo şəhərində kiçik təyyarə şosedə qəzaya uğrayıb, nəticədə bir nəfər ölüb. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, hadisə iyunun 16-da axşam saatlarında baş verib. Laredo polis idarəsinin müstəntiqi Xose Baesanın sözlərinə görə, hava gəmisinin göyərtəsində altı nəfər olub. Təyyarə daha sonra alovlanıb. Qeyd olunub ki, şahidlər pilot kabinəsinin pəncərəsini sındıraraq içəridəki insanlara kömək etməyə çalışıblar.
Xəbəri paylaş
Facebook-da paylaş








